Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"

Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - Hakim də sübut istədi, məhkəməyə gəlmədilər
Video
Sosial 26

Baku TV-nin qaynar xəttinə daxil olan şikayət əsasında çəkiliş qrupu Xəzər rayonunun Zirə qəsəbə sakini Ramil Məmmədovun müraciətini araşdırıb.

Şikayətçinin sözlərinə görə, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ona 26 min manat məbləğində cərimə yazıldığını iddia edib.

Vətəndaş bu məbləği ödəmədikdə qurum məsələ ilə bağlı məhkəməyə müraciət edib. Lakin Ramil Məmmədov bildirir ki, məhkəmə prosesinin sonunda qərar onun xeyrinə olub və "Azəriqaz" iddiasını sübut edə bilməyib. Buna baxmayaraq, şikayətçinin sözlərinə görə, nə onun adına yazılmış borc sistemdən silinib, nə də evinə normal qaz verilişi təmin olunub.

O iddia edir ki, qaz bir gün verilir, beş gün isə kəsilir. Bu səbəbdən ailə odun sobasından, qaz balonundan və elektrik avadanlıqlarından istifadə etməyə məcbur qalır. Ramil Məmmədov deyir ki, dəfələrlə məhkəməyə gedib, iclaslarda iştirak edib və qurumun nümayəndələrindən cəriməni əsaslandıran sübut tələb edib.

"Bir gün xəbər tutdum ki, qaz idarəsi məni 26 min manatlıq cəriməyə görə məhkəməyə çağırır. Əvvəl inanmadım, düşündüm ki, yəqin səhv salıblar, kiminsə borcunu mənim adıma yazıblar. Sonra gördüm ki, həqiqətən də, söhbət bizim evdən gedir.

Məhkəmədə dedim ki, əgər bu cərimə yazılıbsa, qoy bir fakt göstərsinlər. Mən bu qədər qazı necə istifadə etmişəm? Hakim də qarşı tərəfdən sübut istədi. Dedilər ki, növbəti iclasda təqdim edəcəklər. Amma bir neçə iclasa ümumiyyətlə gəlmədilər. Gələndə də əsaslı sübut ortaya qoymadılar. Sonradan məsələ apellyasiyaya getdi. Mən vəkil tutmadan özüm proseslərdə iştirak etdim. Nəticədə, məhkəmədə müsbət qərar verildiyini dedilər. Amma bu günə qədər sistemdə həmin 26 min manat borc görünür. Kommunal borclarımı ödəmək istəyirəm, amma sistemə daxil olanda bu məbləğ qarşıma çıxır. Mən bunu necə ödəyim?" - deyə şikayətçi bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər