Partlayış baş verən Goranboyda vəziyyət necədir? - RƏSMİ
Goranboy rayonunda baş verən partlayışlar nəticəsində təxliyə edilən sakinlər evlərinə qaytarılıblar.
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Mirvari Ağamalıyeva deyib.
O bildirib ki, hadisə ilə əlaqədar icra hakimiyyətində xüsusi komissiya yaradılıb:
"Komissiya ərazidə araşdırma aparıb, təhlükəsizlik tam təmin edilməklə sakinlər evlərinə qaytarılıblar. Hazırda ərazidə vəziyyət stabildir".
Xatırladaq ki, sentyabrın 1-də gecə saatlarında Goranboy rayonunda anbarda baş verən partlayışla bağlı ətraf ərazilərdəki sakinlər təxliyə edilmişdilər.
Oxşar xəbərlər
İribuynuzlu heyvanı Latviyadan 11 min, Gürcüstandan 531 manata almışıq
Bu ilin ilk 8 ayı ərzində Azərbaycana xarici ölkələrdən 5 min 356 baş safqanlı cins diri iribuynuzlu ev heyvanı, həmçinin 28 min 698 baş ətlik və digər iribuynu...