Orxan Məmmədov: "Azərbaycanda 182 KOB subyekti "Startap" şəhadətnaməsi alıb"
Azərbaycanda indiyədək 182 KOB subyekti "Startap" şəhadətnaməsi alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Caspian Energy Club"ın təşkilatçılığı ilə Bakıda keçirilən 1-ci Beynəlxalq "Caspian Innovation Forum"da deyib.
"Rəqəmsallaşma sahəsində sahibkarların layihələrinin maliyyələşdirilməsi rəqəmsal iqtisadiyyatın inkişafında və innovativ biznes modellərinin həyata keçirilməsində mühüm rol oynayır. Bu proses KOBİA tərəfindən bir sıra mexanizmlər və resurslar vasitəsilə təmin edilir", - o vurğulayıb.
O.Məmmədov əlavə edib ki, hər il KOBİA tərəfindən keçirilən qrant müsabiqələri çərçivəsində startapların və sahibkarların innovasiya, texnologiya və rəqəmsallaşma sahəsində olan layihələrinə maliyyə dəstəyi göstərilir: "Bugünədək keçirilən qrant müsabiqələri nəticəsində startap və sahibkarların ümumilikdə 79 layihəsinin icrasına 1,4 milyon manat maliyyə vəsaiti ayrılıb. Qrant müsabiqəsi sahibkarlara həm maliyyə dəstəyi, həm də təcrübə və şəbəkə qurmaq üçün imkanlar yaradır. Qalib olan layihələr sonrakı mərhələdə digər maliyyə qurumlarından qrantlar və investisiyalar əldə edə bilirlər".
Onun sözlərinə görə, innovativ biznes və startap ekosisteminin təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində atılan addımların davamı olaraq, 2021-ci ildən KOBİA tərəfindən "Startap" şəhadətnaməsinin verilməsinə başlanılıb: "Startap" şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. Bu günə qədər "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-dir".
Oxşar xəbərlər
Balakən sakini təyyarə qəzasında xəsarət alan həyat yoldaşı və oğlunun durumunu AÇIQLAYIB
AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan Balakən sakininin xanımı həyat yoldaşının reanimiasiya şöbəsində müalicə aldığını d...