Orxan Məmmədov: "2030-cu ilə qədər dünyada 170 milyon yeni iş yeri yaradılacaq"

Orxan Məmmədov: 2030-cu ilə qədər dünyada 170 milyon yeni iş yeri yaradılacaq
Sosial 12

2030-cu ilə qədər yeni qlobal makro-meyillər nəticəsində 170 milyon yeni iş yeri yaradılacaq.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "Gələcəyin Peşələr Sammiti"ndə deyib.

Onun sözlərinə görə, kadrların peşəkar hazırlığı səviyyəsi iqtisadiyyatların gələcək çağırışlara hazır olması baxımından vacibdir: "Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən, 2030-cu ilə qədər yeni qlobal makro-meyillər nəticəsində 170 milyon yeni iş yeri yaradılacaq. Bu dövrdə texnoloji inkişaf, yaşıq keçid, iqtisadi və demoqrafik dəyişiklər fonunda qlobal əmək bazarı əhəmiyyətli dəyişikliyə məruz qalacaq. . Qeyd edilən meyllər, həmçinin, 92 milyon işlərin itməsinə gətirib çıxaracaq".

O qeyd edib ki, generativ süni intellekt texnologiyalarının təsiri altında 2030-cu ilə qədər işçi qüvvəsinin baza bilik və bacarıqlarının 40 %-ə yaxın həcmində dəyişikliyə məruz qalacağı gözlənilir.

Son xəbərlər