Oqtay Şirəliyevin yerinə təyinat olacaq
Oktyabrın 9-da, saat 10:00-da "Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, yığıncaq cəmiyyətin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Tbilisi prospekti, 147 ünvanında olacaq.
Yığıncağın gündəliyinə ASC-yə baş direktorun seçilməsi daxildir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına əsasən, indiyə qədər "Respublika Diaqnostika Mərkəzi"nə keçmiş səhiyyə naziri, oktyabrın 3-də vəfat etmiş Oqtay Şirəliyev rəhbərlik edib.
Mərkəz 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 2,415 milyon manatdır.
Oxşar xəbərlər
Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir. BAKU.WS xəbər verir ki, astroloji şərhlərə gö...