Onlara əlavə vəzifə verildi
Azərbaycanda yeni yaradılmış Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam Komissiyalarında təmsil olunacaq hakimlər müəyyənləşir.
BAKU.WS qafqazinfo.az-a istinadən xəbər verir ki, Komissiyalarda Məhkəmə-Hüquq Şurası tərəfindən iki hakim təmsil olunacaq.
Müsabiqə komissiyasının tərkibinə Yasamal Rayon Məhkəməsinin hakimi Fuad Hüseynov, İntizam Komissiyasının tərkibinə isə Səbail Rayon Məhkəməsinin hakimi Rəna Qafarova daxil edilib.
Qeyd edək ki, Müsabiqə və İntizam komissiyalarının hər biri 3 üzvü Ədliyyə Nazirliyi, 3 üzvü Xüsusi İcra Məmurlarının Palatası və 1 üzvü Notariat Palatası tərəfindən təyin edilən nümayəndələrdən, 1 üzvü Məhkəmə-Hüquq Şurası tərəfindən təyin edilmiş hakim, 1 üzvü isə Vəkillər Kollegiyası tərəfindən təyin edilmiş vəkildən ibarət tərkibdə formalaşdırılır.
Oxşar xəbərlər
Ağdamda əmək yarmarkası keçiriləcək
Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağdam şəhərində növbəti əmək yarmarkası keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafəsi Na...