Olimpiya stadionunun yaxınlığında su altında qalan şarj məntəqələri: 17 cihazdan yalnız ikisi işlək vəziyyətdədir
17 elektrikdoldurma cihazından yalnız ikisi işlək vəziyyətdədir, 15-i suyun altında qalaraq xarab olub...
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsindən gedir.
Elektromobillərin enerji doldurması üçün nəzərdə tutulan məntəqənin ərazisinə kanalizasiya sularının dolmasını əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlarda sürücülərin məntəqəyə yaxınlaşa bilmədikləri görünür.
Sürücülər deyirlər ki, yağmurlu hava şəraitindən sonra ərazidən nəinki keçmək, hətta avtomobil saxlamaq belə mümkün olmur.
Vəziyyətdən narazılıqlarını bildirən sürücülərin sözlərinə görə, hazırda ərazinin təmizlənməsi üçün heç bir iş aparılmır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Pirşağıda suiti cəsədləri aşkarlanıb
Pirşağıda, Xəzər dənizinin sahilində bir neçə nöqtədə suiti cəsədləri aşkarlanıb. Ərazidə yaşayan sakinlər sahilə yayılan kəskin və xoşagəlməz qoxudan narahat o...