Oktyabrın 2-dək güclü külək əsəcək
Oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
BAKU.WS xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsir. Oktyabrın 1-də isə küləyin güclənərək narıncı xəbərdarlığa keçəcəyi və 20.8-28.4 m/san təşkil edəcəyi gözlənilir.
Gəncə, Daşkəsən, Naftalan və Goranboyda da narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
"Ağ Şəhər"dən Ağa Nemətulla küçəsinə birbaşa yeni yol çəkilir
Bakıda yeni yolun çəkilişinə hazırlıq işlərinə başlanılıb. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrast...