Oğuzun girişində yerləşən park baxımsızlıqdan məhv olur
Oğuz rayonunun girişində yerləşən istirahət parkı baxımsız vəziyyətə düşüb. 2011-ci ildə istifadəyə verilən park uzun illər rayon sakinlərinin istirahət məkanı kimi fəaliyyət göstərib.
Baku TV-nin məlumatına görə, lakin son illərdə ərazidə lazımi qulluq və təmir işlərinin aparılmadığı bildirilir. Parkda çox sayda ağacların quruduğu müşahidə olunur.
Yaşıllıqların suvarılmaması nəticəsində ağacların məhv olduğu qeyd edilir. Ərazidəki hovuzlar da baxımsız vəziyyətdədir. Onlarda su əvəzinə zibil toplanıb, ətrafdakı kafel və örtüklər dağılıb.
Fəvvarələr isə işləmir. Parkda tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan səhnə və digər tikililər də yararsız vəziyyətə düşüb. Sakinlər parkın sanitar qovşaqlarının da yararsız və antisanitar vəziyyətdə olduğunu bildirirlər.
Oxşar xəbərlər
Suraxanıda qəbiristanlıqda ACINACAQLI VƏZİYYƏT
Baku TV-nin qaynar xəttinə Suraxanı rayonunun Hövsan qəsəbəsində, "Beton zavod" deyilən ərazidə yerləşən qəbiristanlığın vəziyyəti ilə bağlı müraciət daxil olub...