Oğuz şəhər stadionu baxımsızlıqdan yararsız hala düşüb

Oğuz şəhər stadionu baxımsızlıqdan yararsız hala düşüb
Video
Sosial 17

Oğuz rayonunda 1988-ci ildən istifadəyə verilmiş şəhər stadionu uzun illərdir təmir olunmadığı üçün yararsız vəziyyətə düşüb.

Stadiondan hələ də istifadə olunsa da, infrastrukturu, demək olar ki, tamamilə dağılıb, ot örtüyü sıradan çıxıb, tribunalar və yardımçı tikililər isə baxımsız vəziyyətdədir.

"İndiki vəziyyət bizi qane etmir. Hər il otunu özümüz biçirik. Sovet dövründə stadion çox yaxşı vəziyyətdə idi. Kimsə sahib çıxsa, təmizlənib səliqəyə salınsa, çox gözəl olar", - deyə sakinlərdən biri bildirib.

Digər sakin isə stadionun uzun illərdir baxımsız qaldığını vurğulayıb:

"Əvvəllər burada hər cür şərait var idi. İndi bina dağılıb, tökülüb. Uzun illərdir bu vəziyyətdədir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər