"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü BAXIMSIZ HALDA
Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində Azərbaycanın neft milyonçularından biri olan Şəmsi Əsədullayevə məxsus tarixi bağ evi baxımsız vəziyyətdədir.
Bakının neft bumu dövründə inşa edilən bu memarlıq abidəsi 1897-1901-ci illərdə tikilib. Hazırda mülkün vəziyyəti acınacaqlıdır.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Binanın hər bir tərəfi aşınmaya məruz qalıb. Artıq 34 ildir ki, burada məcburi köçkün ailələri məskunlaşıblar. Sakinlərin sözlərinə görə, bu illər ərzində heç bir aidiyyəti dövlət qurumu mülkün vəziyyəti ilə maraqlanmayıb.
Binanın damı yararsız halda olduğundan yağış yağanda mənzillərə su damır.
Sakinlərdən biri mövcud şəraitlə bağlı narazılığını belə ifadə edib:
"Evimizi öz vəsaitimiz hesabına təmir etməyə çalışırıq. Bura o qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb. Aidiyyəti qurumlara müraciət etsək də, heç kim problemlərimizlə maraqlanmır".
Oxşar xəbərlər
Azərbaycanda neçə kişi həyat yoldaşının soyadını götürüb? - STATİSTİKA
Azərbaycanda cari ilin ilk altı ayı ərzində nikah bağlandıqdan sonra 18 kişi həyat yoldaşının soyadını qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə Ədliyyə Naz...