Nəqliyyatda güzəştli kartlar paylanılsın - Gediş haqqı ilə bağlı TƏKLİF

Nəqliyyatda güzəştli kartlar paylanılsın - Gediş haqqı ilə bağlı TƏKLİF
Sosial 1225
"Əksər inkişaf etmiş ölkələrdə o cümlədən qonşu Türkiyədə ictima nəqliyyatda differensial qiymətlər tətbiq edilir. Cəmiyyətinin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlər ilə nəqliyyatdan istifadə edə bilərlər".BAKU.WS-in məlumatına görə, bu sözləri iqtisadçı Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var:"Əvvəlla, əksər ölkələrdə olduğu kimi tələbələr üçün güzəştli qiymətlər ilə tələbə nəqliyyat kartının tətbiqi vacibdir. Bu zaman tələbələrin 30 faiz güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün isə maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. Oxşar güzəştləri pensiyaçılar üçün də təklif etmək olar".Mütəxəssis hesab edir ki, gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var: "Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir. Eyni zamanda, nəqliyyatdan pulsuz istifadə edənlər qrupu da ayrıca təsdiq edilir. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini hiss edilən dərəcədə azalda bilər".BAKU.WS

Oxşar xəbərlər

Metrodakı qiymət artımı başqa nələri bahalaşdıracaq?

Metrodakı qiymət artımı başqa nələri bahalaşdıracaq?

“Həqiqətən də Azərbaycanda ictimai nəqliyyatda mövcud qiymətlər digər ölkələrlə müqayisədə aşağıdır. Amma, əhalisinin üçdə birinin yaşadığı Bakı şəhər sakinləri...

5036 Sosial 09:25 31 iyul 2018

Son xəbərlər