Novruz tətilində hotellərin qiyməti məlum oldu
"Novruz bayramı ərəfəsində daxili turizm bazarında da canlanma müşahidə olunur. 3-5 günlük paketlər üzrə hotellərin qiymətləri yerləşmə məntəqəsindən, hotelin kateqoriyasından və təqdim olunan xidmət proqramından asılı olaraq dəyişir".
Bunu BAKU.WS-ə açıqlamasında Turizm üzrə ekspert Rəhman Quliyev bildirib.
O əlavə edib ki, hazırda bəzi hotellərdə 3 gecəlik paketlərin qiyməti təxminən 650-800 AZN aralığından başlayır:
"Daha yüksək kateqoriyalı, əlavə əyləncə proqramları və xüsusi xidmətlər təklif edən 5 gecəlik paketlər isə 2000 AZN və daha yuxarı məbləğə çata bilir. Qiymətlərə qidalanma, bayram proqramları və əlavə xidmətlər daxil olduqda məbləğ daha da arta bilər.
Ötən illərlə müqayisədə artım tendensiyası müşahidə olunur. Bunun əsas səbəbi bayram günlərində daxili və xarici turizmə olan yüksək tələbat, həmçinin xidmət xərclərinin artmasıdır. Ümumilikdə Novruz dövrü turizm sektoru üçün ən aktiv mövsümlərdən biri hesab edilir və bu aktivlik qiymət siyasətinə birbaşa təsir göstərir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Sahibkarlar 2025-ci ildə daha çox hansı xidmətlərdən istifadə ediblər
2025-ci ildə sahibkarlar KOB evlərinə daha çox yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, poçt göndərişləri, mənşə sertifikatı, gömrük x...