Nərimanov rayonu ərazisində yaşayanlar niyə çətin durumda qalıblar?
Bakının Nərimanov rayonunun Rəhim Şıxəliyev küçəsində sakinlərin narazılığına səbəb olan yol problemi hələ də həllini tapmayıb.
Belə ki, təxminən bir il əvvəl ərazidə kanalizasiya xətlərinin yenilənməsi məqsədilə qazıntı işləri aparılıb. İşlər başa çatdıqdan sonra isə qazılan hissə asfaltlanmayıb və yol əvvəlki vəziyyətinə qaytarılmayıb.
Baku TV-nin qaynar xəttinə müraciət edən sakinlərin sözlərinə görə, ərazidə yaranan çökəkliklər avtomobillərin hərəkətini çətinləşdirir. Yağışlı havalarda yol palçığa çevrilir, yay aylarında isə ərazidə yaranan toz sakinlər üçün ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, yolun yenidən asfaltlanması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanıb.
Avtomobil Yolları Dövlət Agentliyindən isə verilən məlumata görə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məsələ ilə bağlı agentliyə hər hansı məktub daxil olmayıb.
Agentlikdən əlavə edilib ki, hər hansı qurum ərazidə qazıntı işi aparmazdan əvvəl texniki şərtlərlə bağlı müraciət etməlidir. Qazıntı işlərini həyata keçirən qurum isə işlər başa çatdıqdan sonra yolu əvvəlki vəziyyətinə qaytarmalıdır.
Oxşar xəbərlər
Toy biznesində BÖHRAN: Şadlıq evləri mərasim zallarına çevrilir
Azərbaycanda toy mərasimlərinə marağın azalması şadlıq evlərinin fəaliyyətinə də təsir göstərir. Əvvəllər, demək olar ki, hər gün toy mərasimləri keçirilən məka...