Neçə məktəbdə elektron jurnala keçid olub?

Neçə məktəbdə elektron jurnala keçid olub?
Sosial 40

Məktəblərdə elektron jurnal və qiymətləndirmə sisteminə keçid prosesi son illərdə sürətləndirilib. Bu sistem şagirdlərin qiymətləndirilməsi, davamiyyətin izlənməsi və nizam-intizamın qeydiyyatını daha şəffaf və səmərəli edir.

BAKU.WS məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu göndərib. Açıqlamada bildirilib ki, hal-hazırda Bakı şəhərində yerləşən 353 ümumtəhsil müəssisəsində şagirdlərin qiymətləndirilməsi, davamiyyətin izlənməsi və nizam-intizamla bağlı bütün qeydlər elektron jurnal üzərindən aparılır. Yəni, bu məktəblərdə kağız jurnallardan tamamilə imtina edilmiş və elektron sistemə keçid yekunlaşıb:

"Digər regionlarda isə elektron jurnaldan istifadənin genişləndirilməsi, kağız jurnallardan imtina, infrastrukturun qurulması və müəllimlərin təlimləndirilməsi istiqamətində işlər davam etdirilir. Hazırda regionlarda 120 təhsil müəssisəsi həm kağız, həm də elektron jurnaldan paralel istifadə edir.

Prosesin sürətləndirilməsi infrastrukturun hazır olması, müəllimlərin hazırlanması və platformanın dayanıqlığının təmin olunmasından asılıdır."

Şahanə Xankişiyeva

Son xəbərlər