Nazirlikdən ixtisas seçimi ilə bağlı VACİB XƏBƏR

Nazirlikdən ixtisas seçimi ilə bağlı VACİB XƏBƏR
Sosial 94

Ölkə üzrə musiqi və incəsənət məktəblərinə qəbulun imtahan mərhələsi başa çatsa da, növbəti mərhələ - ixtisas seçimi və şagirdlərin məktəblərə yerləşdirilməsi hələ başlanmayıb.

Bəs görəsən, musiqi məktəblərinə ixtisas seçimi niyə ləngiyir, səbəb nədir və bu proses nə zamana nəzərdə tutulur? 

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumun mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, qəbul planı bir neçə amillər əsasında müəyyən olunacaq:

"Hazırda musiqi, incəsənət  məktəblərinə şagird qəbulu prosesinin imtahan mərhələsi yekunlaşıb, şagirdlərin ixtisas seçimi və yerləşdirilməsi prosesinə başlanılmayıb. Qəbul planı bölgələr üzrə şagird sayı nisbəti, məktəblərin infrastruktur imkanları, müəllimlərin obyektiv dərs yükü müəyyənləşdriməklə icra olunacaq".

Banu Hüseynli

Son xəbərlər