Nazirlər Kabinetindən əlilliyi olan uşaqlarla bağlı YENİ QƏRAR
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə Azərbaycan Prezidentinin təqaüdünün ödənilməsi qaydasında dəyişiklik edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla qaydaya yeni bənd əlavə edilib. Dəyişikliyə görə, bu Qaydada nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanının funksiyalarını himayədar ailəyə verilmiş əlilliyi olan uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək - valideyn himayəsindən məhrum olmuş əlilliyi olan uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirəcəklər.
Oxşar xəbərlər
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 6 və 7 iyun tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib...