Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb

Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb
Sosial 68

Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi əhalidən istifadə etmədiyi suya görə pul yığıb.

BAKU.WS xəbər verir ki, bu qənaətə Hesablama Palatası Agentlikdə apardığı auditdən sonra gəlib.

Məlumata görə, audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğu fəaliyyət göstərməsə də, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.

Audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablama həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub.

Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu, həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunub və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.

Son xəbərlər