Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq
10
fev
2026
20:16
Naxçıvanda bəzi ərazilərdə içməli suyun verilməsində fasilə yaranacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Naxçıvan şəhərinin 6-cı məhəllələri və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar sözügedən ərazilərin müəyyən ünvanlarında içməli suyun verilməsində bu gün saat 23:00-dan etibarən müvəqqəti fasilə yaranacaq.
Qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər aparılır. Təmir-bərpa işləri yekunlaşdırıldıqdan sonra içməli suyun verilməsi əvvəlki rejim üzrə bərpa olunacaq.
Oxşar xəbərlər
Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?
Bakıda yeni mikrorayonun salınması nəzərdə tutulur. BAKU.WS Bakıvaxtı.az-a istinadən xəbər verir ki, yeni mikrorayon Cəfər Xəndan küçəsi ərazisində salına bilər...