Naxçıvanda 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət edilir
08
noy
2025
11:08
Naxçıvan Muxtar Respublikasında (MR) 8 Noyabr - Zəfər Günü ilə əlaqədar şəhid məzarları ziyarət olunur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu çərçivədə muxtar respublikanın müxtəlif bölgələrindəki şəhid məzarlarının önünə gül dəstələri qoyulur, dualar oxunur, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların xatirəsi hörmətlə anılır.
Qeyd edək ki, bu gün Zəfər Günü ilə bağlı Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında konsert təşkil ediləcək, həmçinin atəşfəşanlıq olacaq.
Qalereya
Oxşar xəbərlər
Sabah 25 dərəcə isti olacaq
Oktyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Ab...