Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bərpa edilib
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hazırda aeroportun İranın dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasının üzərinə, ikincisi isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Hava limanına hücum nəticəsində dörd mülki şəxs xəsarət alıb. Nəticədə Naxçıvan aeroportunun fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdı.
Azərbaycan Prezidenti İlham Əliyev İran tərəfinin hərəkətlərini çirkin terror aktı adlandırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Qalereya
Oxşar xəbərlər
Dəyişkən hava sağlamlığa necə təsir edir?
Son günlər müşahidə olunan dəyişkən hava şəraiti – gün ərzində həm yağışın yağması, həm də günəşli havanın olması bir çox insanın səhhətinə mənfi təsir göstərir...