Naxçıvan-Bakı avtobus reysində yük problemi - Sərnişinlərdən ŞİKAYƏT

Naxçıvan-Bakı avtobus reysində yük problemi - Sərnişinlərdən ŞİKAYƏT
Video
Sosial 8

Vətəndaşlar Naxçıvan-Bakı reysində bəzi sərnişinlərin yüklərini avtobusların salonlarına yığmasından şikayətlənirlər. Onların sözlərinə görə, belə hallar tez-tez yaşanır.

Şikayətçilər bildirirlər ki, bəzi alverçilər avtobusun baqajında yer olmadığı üçün yüklərini salona yığırlar. Bu da sərnişinlərin rahat səyahətinə mane olur.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, müntəzəm avtobus marşrutlarında sərnişinlər baqaj bölmələri olmadıqda yükləri avtobusun salonunda baqaj üçün xüsusi yer olduqda apara bilərlər. Baqaj bölmələrində əlavə yer olduqda sərnişin daha çox sayda yük apara bilər. Ölçüləri və çəkisi həddindən artıq olan baqaj daşınmaya qəbul edilmir.

Qurumdan o da əlavə edilib ki, qeyd olunan məsələ ilə bağlı araşdırma aparılacaq, daşıyıcıya sərnişindaşıma norma və qaydalarına əməl edilməsi barədə xəbərdarlıq ediləcək.

Ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər