Müharibə veteranları dövlətdən bu yardımı da ala bilər - Adambaşına 246 manat... - VİDEO

"Ünvanlı dövlət sosial yardımının alınmasının müharibə veteranı adının olması ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirmir. Əksinə bütün vətəndaşlarımız kimi, müharibə veteranı statusu olan şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirsə, təyin edilə bilər".
BAKU.WS xəbər verir ki, bunu real tv-yə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib.
Sədr müavini əlavə edib ki, ünvanlı dövlət sosial yardımı şəxslərə deyil, aztəminatlı ailələrə ayrılır: "Bu yardımı almaq üçün ailə həqiqətən aztəminatlı olmalıdır. Bu gün ehtiyac meyarının məbləği 246 manatdır".

Oxşar xəbərlər
Dövlətdən hər ay pul almaq istəyənlərin NƏZƏRİNƏ! - MÜRACİƏT QAYDASI
Ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. BAKU.WS-in məlumatına görə, dövlətdən sosial yardımı orta aylıq...