"MiniBoss Business School Baku"nun təşkil etdiyi startap forumu BU TARİXDƏ KEÇİRİLƏCƏK
Bakıda "Miniboss Business School"un "Startap Forum"u baş tutacaq.
BAKU.WS xəbər verir ki, tədbir "The Ritz-Carlton Baku"da həyata keçiriləcək.
Forumun təşkil edilməsində məqsəd gənc sahibkarların həqiqi investorlarla əlaqəsini təmin etməkdir.
Layihə çərçivəsində komandalardan ibarət uşaq və yeniyetmələr müxtəlif sahələrdə öz biznes layihələrini yerli sahibkarlara və investorlara təqdim edəcəklər.
Tədbir iki sonra, yəni aprelin 12-də saat 10:00-da start götürəcək.
Məlumat üçün bildirək ki, Qlazqoda (Şotlandiya) keçirilən 2023-cü il dünya çempionatında Azərbaycanı təmsil edən "Econotes" layihəsi birinci yeri tutub.
Bununla yanaşı, orada təqdim olunan doqquz layihədən altısı davamlı inkişaf sahəsində BMT-nin mükafatlarına layiq görülüb və "MiniBoss Business School"un Bakıdakı nümayəndəliyi 73 filial arasından birincisi seçilib.
Xatırladaq ki, "Miniboss Business School" "Avropa İnkişaf Bürosu" araşdırma mərkəzinə aiddir və baş ofisi İngiltərədə yerləşir.
Oxşar xəbərlər
Boğaz ətlərinin çıxarılması təhlükəlidirmi?
Həkimlər bildirirlər ki, boğaz ətlərinin, yəni qlandaların çıxarılması bəzi hallarda zəruri və həyat keyfiyyətini yaxşılaşdıran bir əməliyyat ola bilər. Xüsusil...