Mingəçevirdə güclü külək fəsad yaratdı - Aşan ağaclar mənzillərə ziyan vurdu
Mingəçevirdə güclü külək fəsadlar törədib.
Oxu.Az Baku TV-yə istinadən xəbər verir ki, güclü külək nəticəsində şəhərin Nizami küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının yaxınlığındakı irigövdəli ağacın böyük bir budağı qırılaraq binanın üzərinə düşüb.
Hadisə nəticəsində dördüncü mərtəbədə yaşayan Sevil Nağıyevaya məxsus mənzilin eyvanına ziyan dəyib. "Qəfildən bərk səs gəldi, əvvəlcə nə baş verdiyini anlamadıq. Oğlum məni səslədi və gördüm ki, ağac budağının bir hissəsi yataq otağının daxilində, digər hissəsi isə çöldə qalıb. Çox təşvişə düşdük", - Sevil Nağıyeva söyləyib.
Qeyd edək ki, küləyin yaratdığı fəsadlar müvafiq qurumlar tərəfindən aradan qaldırılıb. Bölgədə küləkli hava şəraiti isə davam edir.
Oxşar xəbərlər
İstilik sistemi ilə bağlı YENİ QAYDALAR: Çoxmərtəbəli binalarda kombilərin dövrü bitir?
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki,...