Milli Qəhrəman Hökümə Əliyevanın ad günüdür

Bu gün Milli Qəhrəman Hökümə Əliyevanın ad günüdür. Yaşasaydı onun 34 yaşı tamam olacaqdı.
Hökümə Cəlil qızı Əliyeva bu gün yəni avqustun 8-i, 1991-ci ildə Kəlbəcərdə doğulub.
Ailəsi 1993-cü ildə kəndlərinin işğalı səbəbindən məcburi köçkün düşərək, Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb.
1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşayıb. Hökümə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb.
Daha sonra ailəsi Gəncəyə köçüb və Hökümə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veyselov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra, 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Təhsilini magistr və doktorantura pillələrində də davam etdirən Hökümə, 2016-cı ildən etibarən Azərbaycan hava yollarında işləməyə başlayıb.
Əvvəlcə tərcüməçi olaraq fəaliyyətə başlayan Hökümə daha sonra Azərbaycan Hava Yolları (AZAL) şirkətində stüardessa kimi işə davam edib.
Bir müddət sonra isə Azərbaycan Hava Yolları (AZAL) şirkətində hüquqşünas kimi fəaliyyətə başlayacaqdı,.
O, ötən il təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi.
Aktau şəhərində qəzəya uğrayan AZAL-a aid təyyarədə stüardessa kimi fəaliyyət göstərən Hökümə Əliyevanın "Hər şey yaxşı olacaq!" sözləri ömürlük yaddaşlara həkk olunub.
Hökümə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
O ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən "Hökumə - kədərim mənim" adlı qısametrajlı sənədli film çəkib. Filmin bədii rəhbəri Rasim Balayev, ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Adil Abbasov.
Hökümə Əliyevanın əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. Polşada adına təqaüd proqramı təsis edilib.
Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa Hökümə Əliyevanın adı verilib.
Oxşar xəbərlər
Hökümə Əliyevanın atası: O mənim üçün ölməzlik qazanan bir qəhrəmandır
Milli Qəhrəmanın atası qızının onun üçün ölməzlik qazanan bir qəhrəman olduğunu bildirib. BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında avqustun 8-də doğu...