Milli Konservatoriyanın sabiq rektoru Siyavuş Kərimi tələbələri ilə belə sağollaşdı

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bu gün işindən ayrılıb.
BAKU.WS xəbər verir ki, bəstəkar son dəfə Konservatoriyasının müəllim və tələbə heyəti ilə sağollaşıb.
Tələbələri Kərimini alqışlarla yola salıblar. İzdihamı görən Xalq artisti həmin vaxt kövrək anlar yaşayıb.
Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Xatırladaq ki, ötən gün Siyavuş Əşrəf oğlu Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsindən azad edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Onu da bildirək ki, 70 yaşlı Xalq artisti Siyavuş Kərimi 2000-ci ildən Milli Konservatoriyasının rektoru idi.
Oxşar xəbərlər
Pensiya kapitalı ilə bağlı ŞAD XƏBƏR - Gələn ildən...
"Ölkədə gələn il həm pensiyalar, həm də pensiya kapitalının indeksləşdirilməsi nəzərdə tutulur". Bu sözləri BAKU.WS-ə Milli Məclisin İqtisadi siyasət, sənaye v...
