Metro ilə bağlı DƏYİŞİKLİK - 9 və 11 may tarixlərində...
"Bakı Metropoliteni" QSC 9 May – Faşizm üzərində Qələbə Günü və digər qeyri-iş günləri ilə əlaqədar qatarların hərəkət qrafikində dəyişiklik edəcək.
BAKU.WS səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, 9 və 11 may tarixlərində "28 May – Əhmədli" mənzilində və əks istiqamətdə qatarlararası interval 2 dəqiqə 30 saniyə, mayın 10-da isə 3 dəqiqə təşkil edəcək.
Bənövşəyi xətdə, həmçinin "Cəfər Cabbarlı-Xətai" və "Həzi Aslanov-Əhmədli" mənzillərində mövcud hərəkət qrafiki olduğu kimi saxlanılacaq.
"Bakmil" istiqamətində və əksinə qatarların hərəkəti 9 və 11 mayda şənbə, 10 mayda isə bazar gününün qrafiki üzrə tənzimlənəcək.
İş rejimində dəyişikliklə yanaşı, stansiyalarda ümumi nəzarət gücləndiriləcək, növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq.
Oxşar xəbərlər
"Günə 30-40 manat qazanırıq" - Astara çayını keyfiyyətli edən sirr nədir?
O başdan sahəyə gəlib günbatana qədər əziyyət çəkirlər. Aylarla davam edən qulluq, əziyyət və alın təri. Bura sadəcə iş yerləri deyil, həm də onların ailəsinin...