Məşhur restoranlar şəbəkəsinin dövlətə 1.5 milyon manata yaxın borcu var

Məşhur ictimai iaşə obyektlərinin şəbəkəsinin daxil olduğu "Özsüt Azerbaijan" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
BAKU.WS Pravda.az-a istinadla xəbər verir ki, sənədə Binəqədi Rayon Məhkəməsinin hakimi Elçin Ağayevin sədrliyi ilə dekabrın 17-də baxılacaq.
Xatırladaq ki, protokol İnzibati Xətalar Məcəlləsinin 464-cü ("Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi Rəhman Qadir oğlu Vəliyevdir. Şirkətin dövlətə 1 476 020 AZN borcu var.
Oxşar xəbərlər
Hazır binadan, yoxsa bünövrədən mənzil almaq - Hansı daha sərfəlidir?
Bakıda və digər böyük şəhərlərdə tikintisi davam edən binalardan mənzil almaq bir çoxları üçün qiymət baxımından sərfəli hesab olunur. Çünki bünövrədən satılan...
