Məşhur generalın yarım milyonluq evi hərraca çıxarıldı

Milli Təhlükəsizlik Nazirliyinin (ləğv edilib - red.) Antiterror Mərkəzinin rəisi, 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyevin müsadirə olunan mənzili hərraca çıxarılıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu, akademik Mirəli Qaşqay küçəsində yerləşir.
Yeni tikilmiş binada yerləşən mənzilin sahəsi 200 kv.metrdir. Mənzilin ilkin satış qiyməti 517 min manat olsa da, 362 min manata endirilib.
Elçin Quliyevə bu mənzil 2005-ci ildə dövlət tərəfindən verilib. Həmin vaxt onun müavini olmuş polkovnik İlqar Əliyev də eyni binada mənzillə təmin olunub.
Qeyd edək ki, sabiq MTN generalı Elçin Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvətalma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır cinayətlərdə ittiham olunan general 2017-ci ilin noyabrında 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və "MTN olayları" başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
İşdən qanunsuz çıxarılan 56 nəfər əvvəlki işlərinə bərpa etdirilib
Bu ilin 9 ayında işəgötürənlər sosial xarakterli ödənişlər olan 380 min 800 manat vəsaitin işçilərə ödənilməsini gecikdirib. BAKU.WS xəbər verir ki, bu barədə Ə...
