Mənzil alanlara XƏBƏRDARLIQ: Kvadratı eyni olan evlər fərqli qiymətə SATILIR
Kvadratı eynidir, lakin bir, iki, bəzən də üçotaqlı mənzil adı ilə satılır. Hətta belə mənzillər arasında kifayət qədər qiymət fərqi də olur.
BAKU.WS Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak eksperti Ramil Osmanlı bildirib ki, mənzillərin layihədə nəzərdə tutulmayan otaqlara bölünüb daha baha qiymətə satılması halları getdikcə kütləvi hala çevrilir.
Ekspert deyir ki, mənzil tikinti koorperativləri tərəfindən layihələndirilən binalarda bu cür mənzillərin otaq sayının dəyişdirilməsi halı olarsa, gələcəkdə onlara sənəd alınmasında çox ciddi problemlər yaranır.
Vətəndaşlar bu məsələdə diqqətli olmalıdırlar.
"Layihəsi dəyişdirlmiş, amma sənədi olmayan mənzillərin alınması sonradan sənədləşmə ilə bağlı problemlər yarada bilər", - deyə ekspert vurğulayıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu halda səfərə çıxmaq orucu pozmur
Oruc İslamın əsas ibadətlərindən biridir və onunla bağlı hökmlər şəriət qaydaları ilə dəqiq şəkildə müəyyənləşdirilib. Bəzi hallarda isə möminlər üçün istisnala...