"Mənə hədə-qorxu gəldilər" - Vətəndaş avtosalondan şikayət etdi
Vətəndaş Məğrur Manafov Baku TV-nin qaynar xəttinə müraciət edərək bildirib ki, bir neçə ay əvvəl kredit yolu ilə aldığı avtomobili satmaq qərarına gəlib.
Elə bu minvalla kredit götürdüyü avtosalona yaxınlaşıb.
Məğrur Manafov qarşılaşdığı vəziyyəti və avtosalonun qərarını belə izah edib:
"Həmid" adlanan avtosalona yollanaraq orada hər ay 1 071 manat ödəniş olmaq şərti ilə 30 aylıq müqavilə bağlamışam. 3 ay ödənişimi vaxtında etmişəm, bir gün gecikməm olub. 4-cü ayda 14 gün gecikməm olduğu halda mən maşını satmalı oldum. Yanımda müştəri ilə avtosalona yollandıq. 14 gün gecikməyə görə müqaviləmə xitam verdilər".
Məsələ ilə bağlı sözügedən salon rəhbərliyi tərəfindən bildirilib ki, vətəndaşın iddiası əsassızdır.
Oxşar xəbərlər
Bakıdan Kürdəmirə rəmzi qatar yola düşüb
Bu gün "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu,...