Məktəbli avtobuslarında ödəniş məbləği ucuzlaşacaq?
"Məktəbli avtobusları" xidməti ilə bağlı ödəniş məbləğinə yenidən baxılması təklif edilir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən çıxış edib.
Ombudsman şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan "Məktəbli avtobusları" pilot layihəsinin növbəti tədris ilindən etibarən daha da geniş tətbiqinin planlaşdırılmasını nəzərə alaraq, xidmətlə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılmasının vacibliyinə toxunub.
Qeyd edək ki, Bakıda "Məktəbli avtobusları"nın tətbiqi üzrə pilot layihəyə 2025-ci ilin oktyabr ayının 1-dən start verilib. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə həyata keçirilən bu layihə ilkin mərhələdə 8 dövlət və 3 özəl məktəbi, ümumilikdə 1250-dən çox şagirdi əhatə edib. Avtobus xidmətindən istifadəyə görə aylıq abunə haqqı məsafəyə əsasən müəyyən olunur. Qazi və şəhid ailələrinə, eləcə də ikinci övladı məktəbdə oxuyan ailələrə endirimlər nəzərdə tutulub.
Oxşar xəbərlər
Xırdalan sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 3 yerdən tunellər inşa ediləcək
Bakıətrafı ərazilərin bəzilərində sıx məskunlaşma müşahidə olunur və illər əvvəl qurulmuş mövcud nəqliyyat şəbəkəsi sakinlərin tələbatını ödəmir. Son illərdə Xı...