Məhkəmə "Roşka"nı ev dustaqlığına buraxmadı
Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən tiktoker hakim heyətindən işinə yenidən baxılmasını istəyib.
Daha sonra sənədlərin tədqiqi mərhələsi elan olunub. Cinayət işinə əlavə edilmiş videogörüntülərə baxış keçirilib. Təqsirləndirilənin vəkili müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməyib.
Vaxt məhdudiyyəti səbəbindən sənədlərin tədqiqi dekabrın 16-da keçirilməsi nəzərdə tutulan növbəti prosesdə davam edəcək.
Qeyd edək ki, "Roşka" ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayımlarda əxlaqsızlığın təbliğinə qarşı polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
Nəsimi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. R.Süleymanovun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
İnsan ürəyi haqqında 5 maraqlı FAKT
Ürəyimiz sadəcə qan pompalayan orqan deyil, daha mürəkkəb və "ağıllı" struktura malikdir. Onun öz sinir sistemi var ki, ürəyin ritmini tənzimləyir və stress, fi...