Mədənin düşməni olan qidalar açıqlanıb
Dietoloq və qastroenteroloqların son araşdırmalarına görə, bəzi qidalar mədə sağlamlığı üçün ciddi risk daşıyır və həzm sistemini poza bilər.
BAKU.WS xəbər verir ki, onların siyahısında əsasən yağlı və qızardılmış yeməklər, çox duzlu və ədviyyatlı qidalar, qazlı içkilər, kofein və şəkərli məhsullar yer alır.
Mütəxəssislər bildirirlər ki, bu qidaların həddindən artıq qəbulu mədə yanması, şişkinlik, qaz və hətta xroniki mədə pozğunluqları ilə nəticələnə bilər. Sağlamlıq üçün balanslı qidalanma, bol su içmək və həzmə dost olan təbii məhsulların (tərəvəz, meyvə, qatıq) istehlakı tövsiyə olunur.
Oxşar xəbərlər
Vüqar Oruc: "Mənzillərin sahəsi vahid metodologiya əsasında hesablanmalıdır"
Ali Məhkəmənin mənzillərin sahəsinin hesablanması ilə bağlı hüquqi mövqeyi daşınmaz əmlak bazarında uzun illərdir müzakirə olunan mühüm məsələlərdən birinə aydı...