Maştağada qəsəbədaxili yol niyə təmir olunmur?
Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində məhəllədaxili yol uzun müddətdir təmir olunmur.
Yolun kələ-kötür olması səbəbindən əraziyə həm təcili tibbi yardım maşınlarının daxil olması çətinləşib, həm də fiziki məhdudiyyətli şəxslərin hərəkəti qeyri-mümkün hala gəlib. Vətəndaşlar bir neçə dəfə yolu öz vəsaitləri hesabına təmir etdirsələr də, problem tam şəkildə aradan qalxmayıb.
Fiziki məhdudiyyətli sakin isə yolun vəziyyəti səbəbindən dövlət tərəfindən verilən avadanlığın sıradan çıxdığını bildirir:
"Yol dəfələrlə tərəfimizdən abadlaşdırılıb. Amma yenə də yağışdan, qardan sonra yol bərbad vəziyyətə düşür. Üç il öncə icra hakimiyyətinə müraciət etmişdim, cavabsız qaldı. Dövlət tərəfindən motorlu araba ilə təmin olundum. Həmin araba bu yollarda çox davam edə bilmədi, maksimum bir il istifadə edə bildim, daha sonra yararsız vəziyyətə düşdü".
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Maştağa qəsəbəsində də qəsəbədaxili yolların asfaltlaşdırılması mərkəzləşmiş qaydada Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir.
Oxşar xəbərlər
Bayramlara görə Cəbrayıl və Zəngilan yarmarkalar təşkil olunacaq
Novruz bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Aqrar Tədarük və Təchizat" ASC tərəfindən 12 məntəqədə "Kənddən Şəhərə...