Maşından yola zibil atanlara DYP-dən ÇAĞIRIŞ

Maşından yola zibil atanlara DYP-dən ÇAĞIRIŞ
Sosial 260

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən BAKU.WS-ə verilən xəbərə görə, müraciətdə deyilir:

"Yolda hərəkət zamanı təkcə sürətə, manevrlərə və qaydalara deyil, həm də ətraf mühitə olan münasibətimizə görə məsuliyyət daşıyırıq. Təəssüf ki, bəzi hallarda nəqliyyat vasitələrinin salonundan tullantılar birbaşa yola və ya yol kənarına atılır.

Unutmaq olmaz ki, bu cür davranış aşağıdakı mənfi nəticələrə səbəb olur:

- Yolun çirklənməsi - nəticədə təkcə görünüş yox, həm də yolun funksional təhlükəsizliyi pozulur.

- Yanğın təhlükəsi - atılan siqaret kötüyü quru otluqda yanğına səbəb ola bilər. Bu isə ətraf üçün ciddi risk yaradır.

- Avtomobil təhlükəsi - kiçik zibil parçaları (plastik, şüşə və s.) yol səthində sürüşkənlik və texniki nasazlıqlar doğura bilər.

- Ekoloji zərər - atılan tullantıların bir çoxu (xüsusən plastik) uzun illər torpaqda parçalanmır və təbiətə zərər verir.

- İctimai məsuliyyətsizlik - ətraf mühitə hörmətsizlik, cəmiyyət içində mədəni davranışlara zərbə vurur.

Gəlin unutmayaq: Təmiz yol - təkcə gözəl mənzərə deyil, həm də mədəniyyətin, şüurun və məsuliyyətin göstəricisidir.

Ətraf mühit bizim ortaq evimizdir. Onu birlikdə qoruyaq!"

Oxşar xəbərlər

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Şadlıq sarayları ilə bağlı mühüm AÇIQLAMA - Sentyabrın 13-dən etibarən...

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və ictimai iaşə obyektlərindən havaya atılan tullantıların mövcud ekoloji normativlərə uyğunluğunu müəyyən e...

362 Sosial 23:43 10 sentyabr 2025

Son xəbərlər