Maşın satmaq istəyənlərin DİQQƏTİNƏ! - ikinci əl maşına ÜSTÜNLÜK VERİLİR

Maşın satmaq istəyənlərin DİQQƏTİNƏ! - ikinci əl maşına ÜSTÜNLÜK VERİLİR
Açıqlama
Sosial 87

Dünyada avtomobil alıcılarının "yeni" və "ikinci əl" avtomobillərə münasibəti fərqlidir.

BAKU.WS -in araşdırmasına görə, 18 ölkədə respondentlərin təxminən 51%-i ikinci əl avtomobil almağı düşünür. Bu göstərici Böyük Britaniyada 70%-dən artıqdır. Onlar ikinci əl avtomobilləri daha sərfəli hesab edir.

Hindistanda ilk dəfə avtomobil alanların 77%-i yeni avtomobil seçir. Əsas səbəblər kimi ikinci əl bazarda etibarsızlıq və qiymət problemləri göstərilir.

Ümumilikdə, inkişaf etmiş ölkələrdə qiymət və əlçatanlıq səbəbindən ikinci əl avtomobillərə maraq daha yüksəkdir, yeni avtomobillər isə əsasən zəmanət və etibarlılıq səbəbindən seçilir.

Bəs Azərbaycanda vəziyyət necədir?

Mövzu ilə bağlı BAKU.WS-ə açıqlama verən Eldəniz Cəfərov bildirib ki, insanların yeni və ya ikinci əl avtomobil alması, birbaşa onların iqtisadi vəziyyəti ilə bağlıdır. Maddi imkanlar alıcının seçiminə ciddi şəkildə təsir göstərir:

Maşın satmaq istəyənlərin DİQQƏTİNƏ! - ikinci əl maşına ÜSTÜNLÜK VERİLİR

"Əlbəttə, hər bir insan imkan daxilində yeni avtomobil sahibi olmağı arzulayır, çünki bu həm etibarlılıq, həm də uzunmüddətli rahatlıq baxımından üstün sayılır.

Lakin 2015–2016-cı illərdəki manat devalvasiyasından sonra ölkədə avtomobil bazarında vəziyyət dəyişib. Valyuta məzənnəsinin artması nəticəsində idxal olunan avtomobillərin qiyməti yüksəlib, bu da bir çox vətəndaş üçün yeni avtomobil almağı əlçatmaz edib. Nəticədə, insanlar daha çox ikinci əl avtomobillərə yönəlib, çünki onlar həm daha münasib qiymətə, həm də daha geniş seçim imkanına malikdir."

Şahanə Xankişiyeva

Son xəbərlər