Maşın bazarında QİYMƏTLƏR ARTIB? - Ekspert Açıqladı
Yay mövsümünün sona çatması ilə avtomobil bazarında fəallıq yenidən hiss olunmağa başlayıb. Köhnə və yeni avtomobillərin alqı-satqısında maraq artıb, lakin qiymətlər hələlik stabil qalır.
BAKU.WS-ə açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, yay mövsümü bitdikdən sonra avtomobillərin qiymətində adətən 5% civarında artım müşahidə olunur. Lakin hazırda bazarda qiymətlər sabitdir, hətta bəzi markaların avtomobillərində təxminən 10% qiymət azalmaları da qeydə alınır.
Ekspertin sözlərinə görə, bu gün bazarda daha çox hibrid avtomobillərə tələbat var. Xüsusilə mühərrik həcmi 1500-2500 kubsm arasında olan sedan, minikrosover və krosover tipli avtomobillərə maraq böyükdür. Bu tendensiya alıcıların yanacaq sərfiyyatı və ekoloji məsələlərə diqqətinin artması ilə izah olunur.
Eldəniz Cəfərov həmçinin əlavə edib ki, bazarın stabilliyi alqı-satqı prosesində iştirak edən hər kəs üçün əlverişli şərait yaradır və yaxın aylarda hibrid avtomobillərin satışında artım proqnozlaşdırılır.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Azərbaycanda dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Azərbaycan ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, ayrı-ayrı yerlərdə intensiv xarakterli yağış, dağlıq ərazilərdə isə qar yağır. BAKU.WS xəbər verir ki...