Masazırda yaşayanların DİQQƏTİNƏ! Bu yolda...
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Abşeron rayonu, Masazır qəsəbəsi, Zəngilan qaçqın və məcburi köçkünlərinin məskunlaşdığı şəhərciyə gedən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə, qismən məhdudlaşdırılacaq.
Bu barədə BAKU.WS-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir.
Oxşar xəbərlər
Əhali isti yay günlərində niyə susuz qalıb? - "10 gündür yoxdur, olanda isə..."
Lökbatan qəsəbəsinin 6-cı massivinin sakinləri artıq 10 gündür əraziyə su verilmədiyini bildirirlər. Onların sözlərinə görə, ərazidə daimi su təchizatı yoxdur,...