Masazırda antisanitar vəziyyət yaranıb
05
fev
2025
17:12
Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində antisanitar vəziyyət yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, qəsəbənin İstiqlaliyyət küçəsi, 4 nömrəli tam orta məktəbin yaxınlığında zibil yeşiklərinin ətrafı tullantı poliqonuna çevrilib. Bu da ətrafa pis qoxunun yayılmasına səbəb olub.
"Bura düz binanın qarşısıdır, zibillik olan ərazi işlək yoldur. Gələn ifunət qoxu bir dərd, sağlamlığa vurduğu ziyan ayrı dərd...", - deyə yaxınlıqdakı binada yaşayan sakin bildirib.
Sözügedən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Gecələr söyüş, səs-küy: Qalmaqallı kafe sakinləri ayağa qaldırdı
Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsinin sakinləri yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən qanunsuz kafe ilə bağlı şikayətçi olublar. Sakinlərin...