Masazır sakinləri 525 nömrəli avtobusdan narazıdır - "Çox natəmizdir"
525 nömrəli marşrutun müvəqqəti istismarçısına avtobus parkının yenilənməsi ilə bağlı tapşırıq verilib.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.
Məsələ nəzarətə götürülüb.
Daşıyıcı tərəfindən tədbir görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq.
***17:28
Masazır qəsəbəsi üzrə hərəkət edən 525 nömrəli marşrut avtobusları ilə bağlı sərnişinlər ciddi narazılıq bildirirlər. Sakinlərin sözlərinə görə, avtobuslar köhnədir, nə texniki baxımdan, nə də təmizlik baxımından qaydalara cavab verir.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata əsasən, vətəndaşlar avtobusların içərisinin təmizlənmədiyini, tutacaqların və oturacaqların bərbad vəziyyətdə olduğunu deyirlər. Onların dediyinə görə, nəqliyyat vasitələrinə normadan artıq sərnişin qəbul olunur və bu da hərəkət zamanı təhlükəli vəziyyət yaradır.
Şikayətçilər dəfələrlə aidiyyəti qurumlara müraciət etdiklərini, lakin məsələyə ciddi yanaşılmadığını bildirirlər. Onlar problemi yalnız bir nəfərin deyil, hər gün bu marşrutdan istifadə edən yüzlərlə sərnişinin yaşadığını vurğulayırlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik.
Şahanə Xankişiyeva
Галерея
Oxşar xəbərlər
Taksi kartı haradan alınıbsa, sürücü yalnız orada işləyəcək?
Taksiyə buraxılış kartı və fərqlənmə nişanı hansı ərazidən alınırsa, sürücü yalnız həmin yərdə işləyə bilər. BAKU.WS xəbər verir ki, bununla bağlı məlumat sosia...