Masallıda yeni DOST Mərkəzi tikiləcək - 9,8 milyonluq LAYİHƏ
Masallı rayonunda sosial xidmətlərin əlçatanlığını artıracaq yeni DOST Mərkəzinin tikintisinə start verilir.
BAKU.WS-in məlumatına görə, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) bölgədə müasir standartlara uyğun xidmət infrastrukturu yaratmaq üçün növbəti layihəni elan edib.
Tikinti və avadanlıqların alınması üçün nəzərdə tutulan ehtimal olunan dəyər 9,8 milyon manat təşkil edir.
Bu mərkəzin fəaliyyətə başlaması Masallıda bir pəncərə prinsipi ilə 20-dən çox sosial xidmətin vahid məkanda göstərilməsinə imkan yaradacaq. Yeni bina üçün müasir ofis standartları, vətəndaş qəbul zonaları, komfortlu gözləmə sahələri və elektron xidmət avadanlıqları nəzərdə tutulur.
Oxşar xəbərlər
Rövşən Rüstəmov: "Xəzərdə suyun azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır"
Xəzər dənizində suyun səviyyəsinin azalması limanlara çıxış imkanlarında ciddi suallar yaradır. BAKU.WS "report"-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Də...