Manana Çaparidze: "Anamın qucağında uzanıb onun gözəl ruhu üçün mahnı oxuyurdum"
17
dek
2024
12:52
Əməkdar artist Manana Çaparidze sosial şəbəkədə vəfat edən anası ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, sənətçi valideynin ölümdən əvvəlki son anlarında yaşadıqlarını izləyiciləri ilə bölüşüb.
İfaçı bildirib ki, anası Makvala xanım onu hər zaman səhnədə oxuyan görmək istəyib.
Bu səbəbdən də Çaparidze anasının son anlarında onun üçün mahnı oxuyub:
"Anamın qucağında uzanıb onun gözəl ruhu üçün mahnı oxuyurdum, bəlkə ölümdən xilas olar... "
Qeyd edək ki, Makvala xanım bu il noyabrın 18-də vəfat edib. Manananın atası və qardaşı da illər əvvəl vəfat ediblər.
Qalereya
Oxşar xəbərlər
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Azərbaycan ərazisində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. BAKU.WS xəbər verir ki, saat 1...