Lökbatanda yaşayanların DİQQƏTİNƏ! Saat 00:00-dan...
05
mar
2026
09:30
Sabah Qaradağ rayonu Lökbatan qəsəbəsinin bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
Bildirilib ki, yeni çəkilmiş şəbəkə xəttinin birləşmələrinin verilməsi məqsədilə martın 6-da, saat 00:00-dan aparılacaq tikinti-bərpa işləri ilə bağlı qəsəbənin bəzi ərazilərinə gün ərzində suyun verilməsində məhdudiyyət olacaq.
Xidmət anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığını bildirir.
Oxşar xəbərlər
AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur. BAKU.WS bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlu...