Lökbatanda 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb

Lökbatan qəsəbəsində reyd zamanı istehlaka yararsız ət aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Qaradağ rayonu, Lökbatan qəsəbəsində avtomobilin yük hissəsində daşınma zamanı baytarlıq-sanitariya və sanitariya-gigiyena tələbləri pozulan 100 kq mənşəyi məlum olmayan ət aşkarlanıb.
Baxış zamanı ətlərin baytarlıq ekspertizasından keçmədiyi, baytarlıq müşayətedici sənədi olmadığı və orqanoleptik göstəricilərinə görə normativ sənədin tələblərinə cavab vermədiyi məlum olub. Ətlərdən götürülən nümunələrin laborator müayinəsi nəticəsində At DNT-si müəyyən edilib.
Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb və ətin dövriyyədən çıxarılması təmin edilib. Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
Qafqazın unikal safari-parkı - Şamaxıda təbiətin möcüzəsi
Qafqazın yeganə safari-parkı Şamaxı rayonunun Pirqulu kəndində yerləşir. Bura həm yerli, həm də xarici turistlərin sevimli məkanlarından biridir. Ziyarətçilər s...
