Leysan Pirsaat çayında fəsadlar törədib
16
apr
2025
21:21
Leysan xarakterli yağışlar Hacıqabul rayonun ərazisindən keçən Pirsaat çayında fəsadlar törədib.
"Report"un Aran bürosunun məlumatına görə, son günlər aramsız yağan leysan xarakterli yağışlar rayonun Udullu vahidliyinin ərazisindən keçən hissəsində Pirsaat çayında suyun daşmasına səbəb olub.
Sakinlərin sözlərinə görə, sel nəticəsində çayqırağı bir neçə həyətyanı sahə, nar bağları, elektrik dirəkləri su altında qalıb. Qubalıya gedən yol su altında qaldığından kəndlə əlaqə kəsilib.
Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Oxşar xəbərlər
Nazir yüksək vəzifəyə direktor təyin edib
Neftçala Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni direktor təyin edilib. BAKU.WS-in məlumatına görə, Kənd Təsərrüfatı nazirinin müvafiq əmri ilə Miradil Əhmədli Nef...