Lənkəranda saat 10:00-dan 11:30-dək işıq OLMAYACAQ
Lənkəranın bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Lənkəran Elektrik Şəbəkəsi məlumat yayıb.
Bildirilib ki, 10 kV-luq Sinovli hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar iyunun 2-də saat 10:00-dan 11:30-dək Osakücə, Sinovli, Bəliton, Günəhir, Türkəncil, Gəgiran, Tükəvilə, Tuado və Diryan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin elektrik təchizatı bərpa ediləcək.
Oxşar xəbərlər
Bakıda avtobuslar gecə saat 23:00-dan sonra işləmirlər? – Sərnişinlərdən şikayət
Son vaxtlar Bakıda sərnişindaşımada yaranan problemlər bitib-tükənmir. Bu problemlərdən biri də sərnişin avtobuslarının gecə saat 11-dən sonra işləməməsidir. Və...