Kür daşdı, Kürdəmirdə evləri su basdı: "Heç bir tədbir görülmür"
01
may
2026
11:32
Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə ciddi fəsadlar törədib.
Baku TV-nin məlumatına görə, bu dəfə çay məcrasından çıxaraq rayonun Çərtəyəz kəndində evlərə və əkin sahələrinə xeyli ziyan vurub.
Sakinlərin sözlərinə görə, suyun səviyyəsi durmadan artır və həyətlərə dolur.
"Təsərrüfatımız, mal qaramız məhv olub. Aidiyyəti qurumlar əraziyə baxış keçiriblər, amma heç bir tədbir görülmür", - deyə sakinlərdən biri bildirib.
Digər sakin isə qeyd edib:
"Suyun içində qalmışıq. Atası uşağı məktəbə belində aparıb-gətirir".
Oxşar xəbərlər
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
Kəlbəcər rayonunda ilk dəfə əmək yarmarkası keçiriləcək. BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Aktiv məşğ...