Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq verildi
İyunun 30-u və iyulun 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Şəmkir, Samux, Gədəbəy, Göygöl, Gəncə, Ağstafa, Qobustan, Neftçala, Hacıqabul, Cəbrayıl, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Tərtər, Yevlax, Bərdə, Oğuz, Şəki, Qax, Balakən, Zaqatala, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Şirvan, Salyan, Biləsuvar, Cəlilabad, Yardımlı, Lerik, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Ağdam, Beyləqanda fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Goranboy, Naftalan, Mingəçevir, Daşkəsən, Tovuzda da fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti isə 20.8-28.4 m/san-dək güclənəcək.
Oxşar xəbərlər
Hər yerə gecikən bürclər açıqlanıb
Bəzi bürclərin görüşlərə və tədbirlərə gecikməsi ilə bağlı astroloqların sözləri maraq doğurub. BAKU.WS xəbər verir ki, daha çox Balıqlar, Əkizlər, Oxatan, Tər...